...

Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 8 İyun 2014 10:33 (UTC +04:00)
Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 8 iyun /Trend /

Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda on yeddi mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 16-cı mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Xəbər lenti

Xəbər lenti