...

Ağcabədi sakinini Bakıda bıçaqla hədələyərək köynəyini alıblar

Hadisə Materials 20 İyun 2014 13:56 (UTC +04:00)
Bakının Moskva prospektində quldurluq etmiş Ağsu rayon sakini tutulub.
Ağcabədi sakinini Bakıda bıçaqla hədələyərək köynəyini alıblar

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/

Bakının Moskva prospektində quldurluq etmiş Ağsu rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də Nəsimi rayonu, Moskva prospektində naməlum şəxs Ağcabədi rayon sakini Kənan Tağıyevi bıçaqla hədələyərək köynəyini alıb.

Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağsu rayon sakini Şükran Rəhimov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti