Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/
Oğlunu bıçaqla qətlə yetirmiş Qobu qəsəbəsində yaşayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 19-da Abşeron rayonu Qobu qəsəbəsində Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində oğlu İbrahimi bıçaqla qətlə yetirib.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.