...

Ata məhkum oğlu üçün Bakıdakı həbsxanaya qazanda mobil telefon keçirmək istəyib (FOTO)

Hadisə Materials 22 İyul 2014 15:25 (UTC +04:00)
Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Ata məhkum oğlu üçün Bakıdakı həbsxanaya qazanda mobil telefon keçirmək istəyib (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əfqan Fərman oğlu Almaz-zadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Abdalim oğlu Almaz-zadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1(bir) ədəd "BlackBerry" markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilərək götürülüb.

Qeyd edək ki, Əfqan Almaz-zadə Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti