Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakının "Sahil" bağında naməlum şəxs bıçaqla bir nəfəri öldürüb, digərinə isə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.