Azərbaycan, Bakı, 19 yanvar /Trend/
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində "Mercedes" və "Niva" markalı minik avtomobilləri toqquşub.
Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Niva" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil verib.
Əməliyyat saat 07:44-də başa çatıb.