...

Narkotiklə saxlanılan şəxs: "Ağrılarıma görə çəkirəm" (VİDEO)

Hadisə Materials 14 Mart 2015 11:32 (UTC +04:00)
Gəncə şəhər sakini Zərdab rayonunda saxlanılıb. Polis onun üzərindən qurudulmuş marixuana aşkar edib.
Narkotiklə saxlanılan şəxs: "Ağrılarıma görə çəkirəm" (VİDEO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Gəncə şəhər sakini Zərdab rayonunda saxlanılıb. Polis onun üzərindən qurudulmuş marixuana aşkar edib.

Trend-in Region TV-yə istinadən verdiyi məlumata görə, Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulan Gəncə şəhər sakini Əli Əliyevin üzərinə baxış keçirərkən ondan 0.5 kiloqrama qədər narkotik maddə olan marixuana götürülüb. Saxlanılan şəxs Gəncədəki evlərində marixuanadan bir qədər istifadə etdiyini deyib. Səhəri gün içki qəbul etdikdən sonra Zərdab rayonunda olan əsgər yoldaşının yanına gəldiyini deyən saxlanılan şəxs özü ilə marixuana da gətirdiyini bildirib.

Əli Əliyev özünü şübhəli apardığına görə, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman o kəskin ağrıları olduğu üçün marixuanadan ağrıkəsici kimi istifadə etdiyi deyib: "Mən özümlə götürürəm həmişə, özüm çəkirəm. Mən onun çəkəniyəm də. Ağrılarıma görə çəkirəm. Ağrıyıram, onu çəkəndə elə bil əllə çıxarırlar ağrını."

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti