...

Paytaxtda mağazadan təkrar oğurluq edən iki qadın tutuldu

Hadisə Materials 20 Aprel 2015 11:38 (UTC +04:00)
Bakıdan mağazadan təkrarən oğurluq edən iki qadın tutulub.
Paytaxtda mağazadan təkrar oğurluq edən iki qadın tutuldu

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıdan mağazadan təkrarən oğurluq edən iki qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüb. Aprelin 17-də onlar həmin mağazadan təkrar oğurluq edərkən Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti