...

Astarada 27 yaşlı gənc su anbarında boğulub

Hadisə Materials 3 İyul 2015 13:30 (UTC +04:00)
Astarada 27 yaşlı gənc su anbarında boğulub.
Astarada 27 yaşlı gənc su anbarında boğulub

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Astarada 27 yaşlı gənc su anbarında boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Astara rayonu ərazisində yerləşən, Lövayin su anbarının ərazisində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralı, nəzarətsiz ərazidə 1988-ci il təvəllüdlü, Nəhlətov Polad Orucəli oğlu suda batıb.

P.Nəhlətovun cəsədi FHN-nin dalğıc axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:47-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti