Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/
Qəbələ və Şəki rayonlarında taxıl sahələrində yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qəbələ rayonunun Bayramkoxalı kəndində (rayon mərkəzindən 34 km aralı) 20 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.
Bundan başqa, Şəki rayonu, Qayabaşı kəndində bələdiyyəyə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.