Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Elmir Murad/
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı şəhər sakini Elşən İbarahimov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.