Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/
İsmayıllı rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Cülyan kəndində yabanı halda bitmiş çəkisi 2 ton 51 kiloqram olan 2930 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.