Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/
Abşeron rayonunda mənzildə 69 yaşlı qadının cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə 1946-cı il təvəllüdlü Bamşad Mənsumə Əli qızı bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
M.Bamşadın cəsədi aidiyyəti üzrə təhvil verilib.