...

Narkotik bitkilər becərən keçmiş polis saxlanıldı

Hadisə Materials 7 Oktyabr 2015 13:52 (UTC +04:00)
Zaqatalada keçmiş polis əməkdaşı saxlanılıb.
Narkotik bitkilər becərən keçmiş polis saxlanıldı

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elmir Murad/

Zaqatalada keçmiş polis əməkdaşı saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti