Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Elmir Murad/
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xəsili kəndində qeydə alınıb.
Belə ki, oktyabrın 12-də saat 11 radələrində Bərdə rayonunun Xəsili kəndində kənd sakini Fərid Ziyadzadə idarə etdiyi "Mercedes" markalı avtomobili ağaça vurub. Hadisə nəticəsində sürücü yerindəcə həlak olub.
Qəza ilə bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.