...

Paytaxtda avtomobilləri qarət edən şəxslər saxlanılıb

Hadisə Materials 29 Oktyabr 2015 13:49 (UTC +04:00)
Bakının Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edən şəxslər tutulub.
Paytaxtda avtomobilləri qarət edən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakının Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu ərazisində Vüqar İsmayılzadəyə məxsus "Subaru" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində telefon ləvazimatları olan çanta oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha əvvəl Əkbər Məmmədova, Natiq Quliyevə, Əsli Ağagülovaya, Aysel Teymurovaya, Kəmalə Əbdülrəhimovaya məxsus avtomobillərdən pul, sənəd və açar oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti