Bakı. Trend:
Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 244 kv.m olan birmərtəbəli 6 otaqdan ibarət kürsülü evin dam örtüyünün yanar konstruksiyaları və 3 otağın tavanı 120 kv.m sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.