...

Göy-göldə ikimərtəbəli ev yanıb (FOTO/VİDEO)

Hadisə Materials 8 Avqust 2016 18:52 (UTC +04:00)
Göy-göl rayonu, Topalhəsənli kəndində vətəndaşa məxsus evdə yanğın olub.
Göy-göldə ikimərtəbəli ev yanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Göy-göl rayonu, Topalhəsənli kəndində vətəndaşa məxsus evdə yanğın olub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ümumi sahəsi 450 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 86 m2 sahədə yanıb. Alov qonşuluqdakı evə də keçib.

Ümumi sahəsi 560 m2 olan 4 otaq və aynabənddən ibarət digər evin əşyaları 6 m2 sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti