...

Ərinə sevgi mesajı yazan qohumunu bıçaqladı (FOTO/VİDEO)

Hadisə Materials 26 Avqust 2016 13:56 (UTC +04:00)
Şəmkirdə qadın ərinə sevgi etirafı edən qohumunu bıçaqlayıb.
Ərinə sevgi mesajı yazan qohumunu bıçaqladı (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Şəmkirdə qadın ərinə sevgi etirafı edən qohumunu bıçaqlayıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində baş verib. 28 yaşlı Günel Mirzəyeva şəxsi münasibətlər zəminində yaxın qohumu 25 yaşlı Məleykə Allahverənovanı bıçaqlayıb.

Xəsarət alan şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Gunel Mirzəyeva polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadın Məleykə Allahverənovanın həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim çıxa bilməyib. Nəticədə Allahverənova ilə mübahisə yaranıb, sonda isə Günel qohumunu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti