...

Zaqatalada 4 otaqlı ev yanıb

Hadisə Materials 16 Sentyabr 2016 18:32 (UTC +04:00)
Gündüz saatlarında Zaqatalada yanğın faktı qeydə alınıb.
Zaqatalada 4 otaqlı ev yanıb

Bakı. Trend:

Gündüz saatlarında Zaqatalada yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qandax kəndində vətəndaşa məxsus ümumi sahəsi 198 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti