...

Polis iki nəfərdən 27 kq narkotik maddə götürüb

Hadisə Materials 16 Yanvar 2017 12:53 (UTC +04:00)
Ötən gün daxili işlər orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində təqribən 27 kq narkotik maddə götürülüb.
Polis iki nəfərdən 27 kq narkotik maddə götürüb

Bakı. Trend:

Ötən gün daxili işlər orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində təqribən 27 kq narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərovdan 13 kiloqram 355 qram tiryək götürülüb.

Bundan başqa, Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər İbrahimovdan 2 kiloqram 205 qram heroin, 11 kiloqram marixuana, 9,588 qram tiryək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti