Bakı. Trend:
Biləsuvar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 13-də Biləsuvar rayonunun Günəşli kənd sakini Rövşən Yaqubov baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Araşdırmalarla onun Biləsuvar şəhərinin Zəhmət küçəsindəki köhnə tikilinin söküntüsü zamanı hündürlükdən yıxılması müəyyən edilib.