...

Sumqayıt və Astarada narkotik alverçiləri tutulub

Hadisə Materials 20 Fevral 2017 12:48 (UTC +04:00)
Sumqayıt sakinlərindən narkotik vasitələr götürülüb.
Sumqayıt və Astarada narkotik alverçiləri tutulub

Bakı. Trend:

Sumqayıt sakinlərindən narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər sakini Əsəd Quliyevdən 4,590 qram heroin götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyevə narkotik vasitəni satan şəhər sakini, əvvəllər məhkum olunmuş Musa İbrahimov tutulub. Evinə baxış zamanı isə 120,018 qram heroin, 238,907 qram tiryək və 76,583 qram marixuana da aşkar edilərək götürülüb.

Bundan başqa, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərçivan qəsəbə sakinləri Feyzulla Məmmədov və əvvəllər məhkum olunmuş Qismət Mirzəyev 520 qram tiryək, 525 qram həşiş və 29,5 qram heroini 2000 manata satarkən tutulublar.

Araşdırmalar zamanı Q.Mirzəyevin Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti