...

Avtomobildə gizlədilən 37 telefon və 8 min siqaret müsadirə edildi

Hadisə Materials 31 Mart 2017 10:11 (UTC +04:00)
Gömrükdə avtomobildə gizlədilən 37 mobil telefon və 8 min ədəd siqaret aşkar edilib.
Avtomobildə gizlədilən 37 telefon və 8 min siqaret müsadirə edildi

Bakı. Trend:

Gömrükdə avtomobildə gizlədilən 37 mobil telefon və 8 min ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol qapılarının altında xüsusi düzəldilmiş saxlanc yerindən aksesuarları ilə birlikdə üzərində "X-BO V3+" yazısı olan 34 ədəd mobil telefonlar, avtomobilin altından və sağ qanadının altından 20 ədəd mobil telefon qutusu, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd qulaqcıq, 20 ədəd USB kabel, 20 ədəd batareya, 20 ədəd mobil telefon üzlüyü, salonundan isə 1 ədəd "Samsung Galaxy A3", 2 ədəd "Samsung Galaxy J3" və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 8 min ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti