...

Sumqayıtda 2 otaqlı ev yanıb: 1 nəfər ölüb

Hadisə Materials 31 Mart 2017 22:55 (UTC +04:00)
Sumqayıtda yanğın qeydə alınıb
Sumqayıtda 2 otaqlı ev yanıb: 1 nəfər ölüb

Bakı. Trend:

Sumqayıtda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti