...

Gömrükçülər oğurlanmış nəqliyyat vasitəsini saxlayıb (FOTO)

Hadisə Materials 22 İyun 2017 11:47 (UTC +04:00)
Gömrük əməkdaşları oğurlanmış nəqliyyat vasitəsini saxlayıblar.
Gömrükçülər oğurlanmış nəqliyyat vasitəsini saxlayıb (FOTO)

Bakı. Trend:

Gömrük əməkdaşları oğurlanmış nəqliyyat vasitəsini saxlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.

Baxış zamanı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinin Rusiyada oğurlanması və axtarışda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti