...

Peterburqda Kirov maşınqayırma zavodu yanır

Hadisə Materials 12 İyul 2017 14:04 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində Kirov maşınqayırma zavodunda güclü yanğın baş verib.

Trend-in məlumatına görə, RF FHX yanğının söndürülməsi üçün artıq ilk Ka-32 helikopterinin cəlb olunduğunu, Mi-8 helikopterinin isə hazır vəziyyətə gətirildiyi barədə bildirib.

Məlumata görə, yanğının söndürülməsinə 115 adam cəlb olunub.

Yanğının 400 kvadrat metr sahəni əhatə etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti