Bakı. Trend:
Bakıda heroin alveri ilə məşğul olan şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Seyran Şahbazov və Həbib İbrahimovdan müvafiq olaraq 705 qram və 305,11 qram heroin götürülüb.