...

"Milli Ön"dən pul oğurlayan qrupun digər üzvü də tutulub

Hadisə Materials 17 Avqust 2017 13:25 (UTC +04:00)
Paytaxtda “Milli Ön” ödəmə terminalından pul oğurlayan qrupun digər üzvü də tutulub.
"Milli Ön"dən pul oğurlayan qrupun digər üzvü də tutulub

Bakı. Trend:

Paytaxtda “Milli Ön” ödəmə terminalından pul oğurlayan qrupun digər üzvü də tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – əvvəllər məhkum olunmuş, Beyləqan rayon sakini Xəzər Hüseynov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti