...

Tüfeyli həyat sürən 47 yaşlı kişi intihara cəhd etdi

Hadisə Materials 5 Dekabr 2017 22:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tovuzda intihara cəhd hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Əyyublu kəndində olub. Kənd sakini, 1970-ci il təvəllüdlü Əliyev Nəbi İsaq oğlu essensiya (sirkə) turşusu içib. Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, N.Əliyev uzun müddətdir ki, tüfeyli həyat tərzi sürürmüş.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti