Bakı. Trend:
Cəlilabadda yanğın qeydə alınıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, Cəlilabad rayonu, Göytəpə şəhərində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.