...

Psixotrop tərkibli dərmanlar satan şəxs yaxalanıb

Hadisə Materials 23 Dekabr 2017 17:15 (UTC +04:00)
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.
Psixotrop tərkibli dərmanlar satan şəxs yaxalanıb

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb.

Polis İdarəsində baxış zamanı ondan güclü psixotrop təsirə malik 20 ədəd “Metamfetam” həbləri aşkar edilərək götürülüb.

Əməliyyat tədbirləri ilə onun bu psixotrop tərkibli dərmanları əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov da saxlanılıb. Baxış zamanı ondan 0,157 qram heroin və güclü psixotrop təsirə malik 27 ədəd “Tramadol”, 8 ədəd “Lirika” və 1 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti