Sabirabadda ev yanıb

Hadisə Xəbər 27 Dekabr 2017 16:36 (UTC +04:00)

Bakı. Trend:

Sabirabadda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Yaxa Dəllək kəndində ümumi sahəsi 180 kv.m olan birmərtəbəli, 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 20 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti