...

Boris Yeltsinin evi yandı

Hadisə Materials 2 Fevral 2018 13:06 (UTC +04:00)
Rusiyanın Sverdlovsk vilayətində ölkənin keçmiç prezidenti Boris Yeltsinin doğulduğu ev yanıb
Boris Yeltsinin evi yandı

Bakı. Trend:

Rusiyanın Sverdlovsk vilayətində ölkənin keçmiş prezidenti Boris Yeltsinin doğulduğu ev yanıb.

Trend-in məlumatına görə, hadisə Basmanovskoye kəndində baş verib.

İlkin ehtimallara əsasən, yanğına evdə baxımsız qalan soba səbəb olub.

Qeyd olunur ki, həmin evə qonşu nəzarət edirmiş, lakin qonşu bu günlərdə səfərdə olduğu üçün ev baxımsız qalıb.

Bildirilir ki, yanğın zamanı evdəki qaz balonu da partlayıb. Nəticədə ev tamamilə məhv olub.

Xəbər lenti

Xəbər lenti