...

Subartezian quyularından oğurluq edənlərdən biri saxlanılıb

Hadisə Materials 3 Fevral 2018 15:26 (UTC +04:00)
Subartezian quyularından oğurluq edən saxlanılıb.
Subartezian quyularından oğurluq edənlərdən biri saxlanılıb

Bakı. Trend:

Ağcabədidə subartezian quyularından oğurluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əhalini su və enerji ilə təmin edən qurğuların, digər avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Ağcabədinin Taynaq kəndi ərazisində rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus 4 quyunu elektrik enerjisi ilə təmin edən kabelin 115 metrlik hissəsinin kəsilərək oğurlanması barədə RPŞ-yə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilib, onlardan biri - Ağdam rayon sakini Orxan Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti