...

FHN Salyandakı qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 12 Mart 2018 20:24 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda 2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
FHN Salyandakı qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda 2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Trend FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti