...

Xaçmazda qəza olub

Hadisə Materials 29 Mart 2018 15:36 (UTC +04:00)
Xaçmaz rayonunda yol qəzası olub.
Xaçmazda qəza olub

Bakı. Trend:

Xaçmaz rayonunda yol qəzası olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istiandən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Maşıoba kəndi ərazisində “AzSamand“ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri avtomobildə olan 3 nəfərə müvafiq köməklik göstəriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti