Bakı. Trend:
Maltanın Zurrik şəhərində ikimərtəbəli turist avtobusunun qəzaya uğraması nəticəsində 2 turist həlak olub.
Trend-in məlumatına görə, hadisə zamanı daha 50 nəfər, o cümlədən 2 uşaq, xəsarət alıb.
Məlumata əsasən, qəza nəqliyyat vasitəsinin ağacla toqquşması səbəbindən baş verib.
Həlak olan turistlərin 62 yaşlı ispaniyalı kişi və 37 yaşlı belçikalı qadın olduğu bildirilir.