...

Şabranda qadını soyan şəxs saxlanılıb

Hadisə Materials 12 May 2018 11:37 (UTC +04:00)
Şabranda qadını soyan şəxs saxlanılıb.
Şabranda qadını soyan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Şabranda qadını soyan şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 8-də Şabran rayon sakini Zülfiyyə Qəmbərova Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək mayın 8-nə keçən gecə Çarxı kəndi ərazisində sərnişini olduğu avtomobildə digər sərnişinin ona məxsus 1517 manat pulu açıq talama yolu ilə götürüb bir qədər getdikdən sonra onu avtomobildən düşürməsini bildirib.

Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Rəhim-oba kənd sakini Cavid Seyidov olduğu müəyyən edilib. O saxlanılaraq RPŞ-yə gətirilib və bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti