...

Ucarda ev sahibinə hücum edərək qızıl oğurlayan şəxslər saxlanılıb

Hadisə Materials 14 May 2018 15:14 (UTC +04:00)
Ucarda quldurluq törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Ucarda ev sahibinə hücum edərək qızıl oğurlayan şəxslər saxlanılıb

Bakı. Trend:

Ucarda quldurluq törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, martın 17-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti