Bakı. Trend:
Şəkidə 8500 manat dəyərində qızıl və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Aqil Sadıqovun ətrafında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun evlərin birindən 8500 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.