...

Ağstafada idarə rəisi barəsində akt tərtib edilib

Hadisə Materials 20 İyun 2018 09:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ağstafada idarə rəisi barəsində akt tərtib edilib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Ağstafa rayonu, Eynallı bələdiyyəsinin mülkiyyətinə məxsus 4 ha torpaq sahəsində qanunsuz suvarma arxının çəkildiyi və münbit torpaq qatının korlandığı, köküstə yaş 3 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib. Bələdiyyəyə 4970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti