...

Gömrükçülər avtomobildə kəsici alətlər tapıblar (FOTO/VİDEO)

Hadisə Materials 20 Avqust 2018 11:35 (UTC +04:00)
Gömrükçülər avtomobildə kəsici alətlər tapıblar.
Gömrükçülər avtomobildə kəsici alətlər tapıblar (FOTO/VİDEO)

Bakı. Trend:

Gömrükçülər avtomobildə kəsici alətlər tapıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən 17 ədəd "Iphone X" markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti