Bakı. Trend:
Zaqatalada ev yanıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Zəyəm kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.