...

Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 8 Sentyabr 2018 17:35 (UTC +04:00)
Sabirabad rayonunun Cəngən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Sabirabad rayonunun Cəngən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 8-nə keçən gecə Sabirabad rayonunun Cəngən kəndi ərazisində Salyan rayon sakini Rövşən İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Lamiyə Mərdanovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti