...

Abşeronda qohumunu yumruqla öldürən şəxsə 11 il cəza verildi

Hadisə Materials 9 Oktyabr 2018 15:07 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu döyərək öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Abşeronda qohumunu yumruqla öldürən şəxsə 11 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu döyərək öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Hüseynov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il Abşeron rayonunun Saray qəsəbəsində Vüqar Hüseynovun qızı və nəvəsi qəzada dünyasını dəyişib. Mərhumların yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirovdan yasa niyə gəlmədiyini soruşub. Bu zaman M.Şakirov V. Hüseynovun rəhmətə gedən qızı və nəvəsini təhqir edib. Bundan qəzəblənən V.Hüseynov xalasının ərinin baş nahiyəsinə iki yumruq zərbəsi vurub. Muğam Şakirov aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti