...

İlin əvvəlindən indiyədək 403 ton narkotik maddə aşkarlanıb

Hadisə Materials 18 Oktyabr 2018 09:51 (UTC +04:00)
İlin əvvəlindən indiyədək 403 ton narkotik maddə aşkarlanıb
İlin əvvəlindən indiyədək 403 ton narkotik maddə aşkarlanıb

Bakı. Elnur Bağışov - Trend:

İranda ilin əvvəlindən indiyədək 403 ton narkotik maddə aşkarlanıb. Bu həcmdə narkotik maddə aşkarlanmasının ötən illərdə dünya səviyyəsində analoqu olmayıb.

Trend-in məlumatına görə, bunu İranın Narkotik maddələrə nəzarət departamentinin rəisi Məsud Zahedian deyib.

Onun sözlərinə görə, 2017-ci ildə 500 ton narkotik maddə aşkarlanaraq götürülüb, narkoticarətlə məşğul olan 1290 dəstə saxlanılıb.

Zahidian narkotik maddələrlə mübarizə istiqamətində ölkə sərhədlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb: "2001-ci ildən bəri istehsal olunan narkotik maddələr 185 tondan 9 min tona yüksəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti