...

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb

Hadisə Materials 15 Oktyabr 2018 17:56 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Nəsimi rayon Polis İdarəsində saxlanılan Nemət Pənahlıya baş çəkib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb

Bakı. Samir Əli - Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Nəsimi rayon Polis İdarəsində saxlanılan Nemət Pənahlıya baş çəkib.

Bu barədə Trend-ə açıqlamasında komitə sədri Tural Hüseynov məlumat verib.

T.Hüseynovun sözlərinə görə, başçəkmə zamanı komitə üzvləri N.Pənahlının saxlanma şəraiti və səhhəti ilə maraqlanıblar: "Mən, komitə sədrinin müavini Elçin Şirinov və komitənin hüquqşünası Qartal Hüseynov Nemət Pənahlı ilə görüşdük. Saxlanma şəraitindən şikayəti yoxdur. İkinəfərlik kamerada saxlanılır. Şəkər xəstəliyinə görə dərmanlar qəbul edir, evdən sovqatlar almasında problem yoxdur. N.Pənahlı vəkili ilə bu gün görüşdü. Saxlanma şəraiti ilə bağlı heç bir narazılıq etmədi. Bildirdi ki, heç bir təzyiqlərə məruz qalmayıb. Özünün dediyinə görə, gün ərzində idmanla məşğul olur, idarənin həyətində gün ərzində 2 saat gəzintiyə çıxır. Özü kamerada səhhəti ilə əlaqədar pəhriz saxlayır".

Xatırladaq ki, N.Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) maddəsilə ittiham olunaraq inzibati həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti