...

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb

Hadisə Materials 16 Oktyabr 2018 12:04 (UTC +04:00)

Bakı. Trend:

Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.

Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti