...

Saray qəsəbəsində yolu keçən piyadanı avtomobil vurub

Hadisə Materials 22 Oktyabr 2018 17:43 (UTC +04:00)
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Saray qəsəbəsində yolu keçən piyadanı avtomobil vurub

Bakı. Trend:

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti